BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağacan Abıyev: “Azərbaycan-İsveç oyunana baxmadım…”

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi ötən gün AVRO-2024-ün seçmə mərhələsində İsveçə 5:0 hesabı ilə məğlub olub. Dörd gün əvvəl Avstriyaya uduzan Azərbaycan millisinin ikinci oyunu da böyük hesabla ardıcıl məğlub başa vurması ciddi müzakirə yaradıb. Futbol azarkeşləri millinin baş məşqçisi Canni De Byazini tənqid hədəfi seçsələr də, futbolçularımızı da günahlandıranlar az olmayıb. Müzakirələr zamanı məğlubiyyətin əsas səbəbinin futbolçularımızın oyuna məsuliyyətlə yanaşmaması, əzmkarlıq göstərmələri olduğu bildirilib.

 

Müzakirələrlə bağlı Pravda-az-a fikirlərini bölüşən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru, sabiq deputat Ağacan Abıyev də deyilənlərlə razı olduğunu bildirib.

 

““Milli komandaya başqa məşqçi də gətirilsə, futbolçularda əzmkarlıq, məsuliyyət yoxdursa, fayda verməyəcək” fikirlərini kim deyibsə, düz deyib. Ümumiyyətlə, futbol yox, boks ustasıyam. Əməkdar idman ustasıyam, beynəlxalq dərəcəli hakiməm. Futbola fikir vermirəm, heç futbol oynamıram. Azərbaycan-İsveç oyunana da baxmadım…”, - A.Abıyev deyib.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2023, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin