BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda direktor vəzifəsindən istefa verdi - FOTO

Sentyabrın 15-dən təyin olunduğum Bərdə rayon Qazaxlar kənd tam orta məktəbinin direktoru vəzifəsindən öz ərizəm ilə ayrıldım.

 

Pravda.az xəbər verir ki, bu barədə direktor Elşən Ramizoğlu özü məlumat verib.

 

“Məktəbə təyin olunduğum zaman ilk iclasda kollektiv qarşısında çıxış elədim ki, bu məktəbdə nə ədalətsizlik, nə rüşvətxorluq olmayacaq. İşlədiyim müddətdə kollektiv olaraq heç bir şəkildə heç bir adla pul yığılmadı,nə kağıza ehtiyacı oldu, nə printerə,nə da hansısa başa qeyri leqal işlərə.. Kişi kimi təyin etdilər, kişi kimi işlədim. Kollektiv ilə vidalaşmaq nə qədər çətin olsa da, kövrəlməmək mümkün deyildi. Bir ailə ortamında çalışırdıq. Daima  Bərdə rayon Qazaxlar kənd tam orta məktəbi mənim üçün elə qalacaq. Kollektivə uğurlar arzulayıram, həqiqətən sizlərlə  işləmək möhtəşəm idi. Hər birinizə uğurlar arzulayıram! Mənimki də bura qədər...”, - o qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 28 Mart 2023, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin