BURADA REKLAMINIZ OLA
BİLƏR

Cüşmüd Nuriyev: “İran bizə “xox” gəlir, Azərbaycanla müharibə onun sonu olar…”

“İran Naxçıvanla sərhədə silah-sursat toplamaqla Azərbaycana mesaj vermək istəyir ki, “Ermənistan Zəngəzur məsələsinə görə bizim qırmızı xəttimizdir”. Eyni zamanda ermənilərə də mesaj verir ki, yanınızdayıq, Azərbaycana qarşı nə istəsəniz, edə bilərsiniz. İranın əsas marağı Azərbaycanın gözünü qorxutmaqdır. Amma inanın, İran elə vəziyyətdə deyil ki, Azərbaycanla müharibə etsin, ya da bununla bağlı addım atsın. Bu, İranın sonu olar, çünki İrana qarşı bir neçə cəbhədən hücum baş tutar. Ən çox da Cənubdan ABŞ İranı tamam məhv edər. Bir tərəfdən İsrail, böyründən Türkiyə… Hələ qardaş Pakistan da var. İran ağlını başına yığmalıdır. Sərhədə silah-sursat yığmaqla bizə “xox” gəlmək istəyir. Heç nə edən deyil, heç müharibə də olmayacaq. Rəsmi Tehran çox gözəl bilir ki, Azərbaycanın bu dəqiqə İranla hər hansı problemi yoxdur. Problem yaratağa çalışırlarsa da, bunu çox ucuz, səviyyəsiz şəkildə həyata keçirirlər. Bununla heç nə alınmayacaq…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq deputat Cümşüd Nuriyev deyib.

 

C.Nuriyev “bütün bunların fonunda İranın İsraillə münasibətləri gərginləşərsə, müharibə həddinə çatarsa, Azərbaycan hansı mövqedə dayanmalıdır?” sualına isə belə cavab verib: “Azərbaycan bu işə qarışmayacaq. Çünki bizim qanunlarımız var. Heç bir qonşu dövlətə qarşı ərazimizdən istifadə edilməsinə icazə vermərik. Nə də bu işə qarışa bilmərik. Hərbi doktrinamızda belə bir taktika yoxdur. Ona görə də Azərbaycan qanunauyğun olaraq sakitcə duracaq. Sadəcə, İsraili mənəvi baxımdan dəstəkləyə bilər. Necə ki İsrail bizə Vətən müharibəsində mənəvi dəstək verirdi. Azərbaycan mediasında İsraili yox, İranın yürütdüyü siyasəti tənqid edə bilərik. Amma inanmıram ki, Azərbaycan dövləti belə bir məcburiyyət qarşısında qalsın”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2023, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin