BURADA REKLAMINIZ OLA
BİLƏR

“Torpaq, uğrunda ölən varsa, Vətəndir!”

Quliyev Fərhad Abbas oğlu 1 iyun 1970-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 11 aprel 1993-cü ildə Füzuli rayonunun Veysəlli kəndində Qızılqaya uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ağdam rayonu uğrunda ağır və şiddətli döyüşlər gedirdi. O, mənim qarşımda dayanmışdı. Hərbi geyimdə, çiynində də avtomat vardı. Yuxumda dəli olmaq dərəcəsinə çatmışdım. Fərhad, "sağsan" deyə qışqırıb onu qucaqlayırdım. Gülümsəyərək məni sakitləşdirmək istəyirdi. Kim deyir ki, mən ölmüşəm? Cəbhədə vəziyyət ağırdı, ora gedirəm. Yolüstü döndüm ki, sizinlə görüşüm. Ayılıb onu görmədim.

 

Bu yazını da indi göz yaşları içərisində yazıram.

 

Onun və eləcə də minlərlə vətən oğullarının ruhu hələ də vətən göylərində didərgin gəzib dolaşır. Yuxumda  dəfələrlə onun əlində silah harasa getdiyini görmüşəm. Onun şəhid olduğu gündən 27 il keçsə də, hələ də ölümünə inana bilmirəm. Bir gün Fərhadın geri dönəcəyini gözləyirəm.

 

İnanıram ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcək, didərgin şəhid ruhları rahatlıq tapacaq.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!

 

Ələmdar Quliyev

 

Şəhidin qardaşı

Fotoları təqdim edirik
Tarix: 11 Aprel 2020, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin