BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyadakı azərbaycanlı miqrantın məhkəməsində Arif Hacılının adı hallandı

Hazırda Almaniyada yaşayan mühacir jurnalist Yafəs Həsənov miqrant işi üzrə keçirilən bir məhkəmə prosesi barədə məlumat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, Y.Həsənov xatırladıb ki, iki gün öncә Almaniyada bir nәfәr Müsavat, hәm dә Avropa Koordinasiya Mərkəzi (AKM) üzvünün miqrant işi üzrә mәhkәmәsi olub.

 

O bildirib ki, hakim әsasәn Müsavat Partiyası, AKM, onun sәdri, üzvlәri, vәsiqәlәri, arayışları haqda suallar verib: “Әn çox dirәşdiyi dә arayışların neçәyә satılması olub. Adam da AKM-i yıxıb - sürüyüb. Maraqlı suallardan biri dә o olub ki, "Arif Hacılı arayışları özü şәxsәnmi satır?” Bu da deyib ki, şәxsәn satanda görmәmişәm, ancaq onun xәbәri olmadan bunu heç kim edә bilmәz".

 

 

Tarix: 27 Noyabr 2019, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin