BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə vəkilin qardaşının şikayət etdiyi ölmüş şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən, mərhum Əziz Əbdüləzizin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlunata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttiham aktınа əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

 

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

 

Ə.Əbdüləziz isə ittihamı qəbul etməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib və bir qədər sonra saxlanıldığı cəzaçəkmə müəssisəsində vəfat edib.

 

Bakı Apelyasiya Məhkəməsində mərhum təqsirləndirilən şəxs 2 dələduzluq epizodu üzrə (300.000 və 25.000 manat məbləğlərində) təqsirli bilinib.

 

Vəkil Aygül Rəfiyeva pravda.az-a deyib ki, 4 il davam edən məhkəmə prosseslərin sonunda zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib: “Bizim apellyasiya şikayətimiz üzrə isə 300 000 manat məbləği ilə bağlı epizodda cinayət işində bəraət verilməsinə nail olduq. 25 000 manata aid epizoda isə məhkəmə tərəfdən müddətin keçməsi ilə əlaqədar xitam verilib.

 

Vurğulamaq istərdim ki, məhkəmənin belə ədalətli qərarı ilk növbədə mərhum təqsirləndirilən şəxsin adının bu cür alçaldıcı ittihamlardan təmizlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ahıl yaşda olan təqsirləndirilən şəxsin saxta ittihamlar əsasında cəzaçəkmə müəssisəsində yerləşdirilməsi və daha sonra onun orada vəfat etməsi heç bir ədalət keşikçisini biganə qoya bilməz, ona görə də ədalətin yekunda bərqərar olması üçün əlimdən gələni etməyə çalışacağam”.

 

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycanın mərhum televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

 

Zərərçəkmiş qismində tanınan İ.Həsənov isə tanınmış vəkil, 20 saylı Vəkil Bürosunun və 2 saylı Mediasiya Təşkilatının sədri İlhamə Həsənovanın qardaşıdır.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin