BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır”

“Mülki və xidməti silahın gəzdirilməsi ilə bağlı müvafiq qanun var. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq hər bir deputat silah gəzdirə bilər. Bu silahı gəzdirmək üçün Daxili İşlər Nazirliyinin müvafiq strukturuna müraciət olunmalıdır. Həmin müraciətə uyğun olaraq deputat silah və 16 ədəd nömrələnmiş patronla təmin edilir. Təbii ki bu silah, sadəcə, özünü müdafiə üçündür...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deputatların təhlükəsizlikləri üçün silah gəzdirmələri ilə bağlı təklifə münasibət bildirərkən deyib.

 

A.Nağıyevin sözlərinə görə, heç vaxt parlamentin plenar, yaxud komitə iclasları keçən əraziyə silahla daxil olmaq olmaz: “Silah deputat tərəfindən müvafiq qaydada nəzarətçiyə təhvil verilməlidir. Hər bir deputat silah aldıqdan sonra DİN-nin müvafiq təlimatlarına uyğun qaydada prosedurdan keçməli və silahla davranış qaydalarını bilməlidir. Bu, əsas məqamlardan biridir. Bu proses qanunla tənzimlənir. Silah gəzdirmək deputatın özündən asılıdır. Bu barədə heç kimə qadağa qoyulmayıb”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Mart 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin