BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Deputat xalqın seçdiyi şəxsdir, silah gəzdirməklə özünü kimdən qoruyacaq?”

“Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd mahiyyət etibarilə siyasi motiv olduğundan terror aktıdır və konkret təşkilatçısı, yaxud təşkilatçıları, icraçıları var. İnanırıq ki, ən yaxın zamanda Azərbaycan hüquq-mühafizə orqanları, polisi, təhlükəsizlik orqanları cinayətkar və təşkilatçıların tapılıb ən şiddətli, sərt şəkildə cəzalandırılmasını təmin edəcəklər. Buna heç bir şübhəmiz yoxdur. Həmkarımızın silahlı hücuma məruz qalması deputatlara silah verilməsi məsələsini gündəmə gətirir. Əvvəla, bu, yeni hadisə deyil. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda əksini tapıb ki, deputatlara silah verilməlidir. Bu imkandan istifadə edilməməsinin əsas səbəbi Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Deputat xalqın seçdiyi şəxsdir. O, özünü kimdən qoruyacaq? Kimdən qorumalıdır ki, silah gəzdirsin? Təbii ki, baş vermiş son hadisə - deputatın silahlı hücuma məruz qalması fonunda məsələnin yenidən gündəmə gəlməsi anlaşılan, başa düşüləndir. Düşünürəm, tələm-tələsik qərar qəbul etmək olmaz. Yalnız bu cinayəti törədənlər üzə çıxarıldıqdan, arxalarında kimlərin dayandığı bəlli olduqdan, sifarişin haradan gəldiyi təsdiqini tapdıqdan sonra deputatlara silah verilməsi məsələsinə qayıtmaq olar”, - E.Nəsirov qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Mart 2023, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin