BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilgəhdəki 9 milyonluq villanı alan adamın məxfiliyi qorunacaq

Bakıda bağ evi fantastik qiymətə satışa çıxarılıb.

 

Bilgəhdə yerləşən villa 100 sot torpağın içində tikilib, 1600 kv/m sahəsi olan mülk 2 mərtəbədən ibarətdir.

 

Villanın qiyməti 9 milyon manatdır.

 

İqamətgah eksklüziv mebellər, çilçıraqlar, rəsm əsərləri ilə tam təchiz olunub.

 

Evin qapalı hovuzu, saunası da var.

 

Həyətində dekorativ ağaclar və meyvə ağacları var. Bağın Bilgəhdə hökumət bağları və villaların arasında yerləşdiyi qeyd olunur.

 

Satıcı bağı alacaq olan şəxsin məxfiliyini tam qoruyacağını bildirir./Yenisabah

Tarix: 29 Mart 2023, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin