BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: "İstintaqın sürətli və keyfiyyətli aparılmasına böyük ehtiyac var"

Fazil Mustafaya edilən sui-qəsdi qətiyyətlə pisləyirəm. Hakimiyyət təmsilçisinə, Prezidentin tərəfdarına açılan atəşin səbəbini və bu işin təşkilatçılarını yüksək keyfiyyətlə aparılacaq istintaqın tezliklə müəyyən etməsini arzulayıram. Yox, onları ictimai rəy təyin edəcəksə, bu cinayəti törədənlər öz məqsədinə daha rahat çatar.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

 

"Siyasətçinin həyatına qəsd bəzən konkret fəaliyyəti ilə də bağlı olur, bəzən isə o, ölkədəki vəziyyəti çalxalatmaq üçün hücum hədəfinə çevrilir. Hələlik heç nə aydın deyil. İstintaqın sürətli və keyfiyyətli aparılmasına böyük ehtiyac var", - İ.Məmmədov qeyd edib.

Tarix: 29 Mart 2023, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin