BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadçıdan Afaq Bəşirqızına cavab: “Cəmiyyətdən qopub...”

“Afaq Bəşirqızının dediklərini oxudum. Üzücüdür, amma təəccüblü deyil. Çünki bu cür düşüncə və təfəkkür elitanın cəmiyyətdən nə qədər qopmuş vəziyyətdə olduğunu göstərir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev Xalq artisti Afaq Bəşirqızının açıqlamasına münasibət bildirərkən deyib.

 

“İnsanlarımızın istedadlı deyib tamaşa etdikləri, dinlədikləri, oxuduqları bir çox sənətkarlar, yazıçılar uzun illərdir mənə çox yad görünüblər. Adlarını qəzetdən-sosial şəbəkədən bilirəm, amma yaradıcılıqlarını izləmirəm. Çünki davranışları ilə onlara mənə çox yad görünüblər həmişə. Bu mənada Türkiyəyə daima həsəd aparmışam - sənət adamları topuma nə qədər bağlı, topluma qarşı nə qədər sevgi dolu duyğuları olan insanlar. Həmişə əzilənin yanındadılar - əzənin yox. Qazandıqlarına görə dö özlərini cəmiyyətə borclu bilirlər. Azərbaycanın çıxılmaz görünən bir neçə fundamental problemi var. Biz o problemləri yalnız cəmiyyətlə bütünləşən elita olanda həll edə biləcəyik. Yeri gəlmişkən, bunu ilik dəfədir yazıram: başqalarının təbii ki, etiraz etməsi üçün öz səbəbləri var - amma mən Erkin Qədirlinin parlamentə getməsini ən çoxu ona görə istəmirdim ki, o elitaya qarışanlar cəmiyyətdən birdəfəlik qopurlar. Bunun əksini sübut edəcək çox nadir nümunələr var” – R.Ağayev bildirib.

 

Tarix: 11 Aprel 2020, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin