BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnsanlar evdən icazəsiz çıxır" - Deputatdan ETİRAZ

"Bu yazını yazmağa məni vadar edən bu gün Bakı yollarında üzləşdiyim çox əcaib bir mənzərə oldu".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejimi tətbiq edildikdən bəri Yardımlı rayonunda və Bakıda günəmuzd işləyən bir neçə ailəyə imkanlarım daxilində əl tutub: "Bunu heç bir zaman təbliğat vasitəsi kimi istifadə etməmişəm. Çünki sağ əlin verdiyini sol əl bilməməlidir. Bu gün də Suraxanı rayonunda iki ailəyə baş çəkib geri dönərkən yolda qarşılaşdığım mənzərə mənə ağır təsir etdi. Tıxac karantin rejimindən əvvəlki vaxtlardan daha çox idi. Səbəbi bilirsinizmi nə idi? Postda yol polisi qaydalara uyğun olaraq maşını saxlayıb sürücüdən sənəd tələb edir, sürücü isə sənədinin və icazəsinin olmadığı bəs deyil, hələ qalxıb dövlət orqanının nümayəndəsi ilə kobud danışır və arxadan gələn maşınlar üçün də problem yaradır. Unutmayaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda işləyənlər də, polis də, əsgər də bizim kimi insanlardır. Onlar bizim bu şəraitdən az itki ilə çıxmağımız üçün çalışırlar. İmkan verin, vəzifələrini icra etsinlər. Sabah Biləcəriyə gedərkən də eyni vəziyyət ilə üzləşəcəyimi heç istəməzdim".

Fotoları təqdim edirik
Tarix: 11 Aprel 2020, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin