BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisinə qarşı quldurluq edən şəxsdən xəbər var

Zaqatalada quldurluq etməkdə təqsirləndirilən Natiq Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Xaliq Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.

 

Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.

 

Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2023, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin