Milli Məclisin vitse-spikeri Adil Əliyev hüquqşünas Aslan İsmayılovla barışıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə A.İsmayılov məlumat verib.
“Əvvəl yazdığımı bir daha təkrar edirəm ki, bu Koronavirusun həm də yaxşı tərəfləri var. Müsbət tərəfinin birini də bu gün qeyd edim. Neçə gündür bəzi vətəndaşlarımızın fürsətçiliyindən narazılıq edirəm. Bu gün bir dostuma dediklərimi Sizə də təkrarlayım. Həqiqətən çox səmimi, sadəlövh və təmiz ürəkli xalqımız var. Sadəcə bu xalqa doğma olub onu maarifləndirmək istəyənlər yoxdur, əksinə demək olar ki, hamı onun sadəlövhlüyündən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır. Biz hansısa pis iş görəndə onu başqaları kimi peşəkarlıqla edib gizlədə də bilmirik. Elə kobud edirik ki, hamı bu yaramazlığı görür. Neçə gün yazdığım neqativdən pozitivə keçim. Ona görə bu gün gördüklərimi çox detallı yazacam, çünki özümün də gözləmədiyim bir neçə halla rastlaşdım. 7 aprel alt-üst çənəmdə əməliyyat aparıldığından bütün günü evdə ölkədə baş verənləri izləməkdən başqa işim yox idi. Dünən Qan Bankında qan çatışmamazlığından çoxlu sayda uşağın həyatının təhlükədə olduğunu oxudum. Yeni əməliyyat keçirdiyimdən həkimimdən donor ola bilmə imkanım barədə soruşdum. Müsbət cavab alan kimi bu gün saat 12 radələrində 8103-ə SMS yazaraq icazə alıb Mirəli Qaşqay küçəsində yerləşən Milli Hematalogiya və Transfuziologiya Mərkəzinə getdim. Mərkəzə yaxınlaşanda ilk gördüyüm insan sayı məni çox sevindirdi. Mən növbə talonu götürəndə siyahıda 126-cı idim. İnsanlar isə gəlməkdə davam edirdi. Bu arada həkimim Səxavət doktoru da qan verənlərin sırasında gördüm.
Mənimlə idman zalına gələn çoxlu sayda insanı görüb onların belə kütləvi gəlmələri ilə maraqlananda dedilər ki, Milli Məclisin sədr müavini Adil Əliyevin çağırışına görə gəliblər. Durduğum qısa müddət ərzində Adil Əliyevin 100 nəfər təəssübkeşinin sıra gözlədiyini bildim. Mənim xahişim ilə cavanlardan biri növbəsini mənə verib mənim nömrəmi götürdü. İçəri keçən kimi gənc həkimlərdən heç vaxt görmədiyim istiqanlılığı gördüm. Bu məqamda məni müşaiyyət edən gənc xanım “Aslan müəllim, bu dəqiqə 700 uşağın qana ciddi ehtiyacı var. Sağ olun ki, gəldiniz” dedi. Bu sözləri elə doğmalıqla, istiqanlılıqla, mehribançılıqla dedi ki, sanki bu xanımın balasına qan verirdim. Son illər bəlkə də ilk dəfə idi ki, belə səmimi münasibətdən kövrəlmişdim.
Qeydiyyat prosedurundan sonra artıq qan verməyə apardılar. Burada da başqa gözləmədiyim hal məni gözləyirdi. 2005-ci ildən bu günə qədər çox pis münasibətlərdə olduğum Adil Əliyevi də həmin otaqda qan verən gördüm. Salamlaşdıq və ilk söhbəti Adil Əliyev başladı və bildirdi ki, bundan sonra münasibətimizin yaxşı olacağına inanır. Bu dəfə ona dediklərimi buradan da səsləndirirəm. Dedim ki, “Adil müəllim, bizim münasibətlərimizi demək olar ki, bütün ölkə bilir. Buna baxmayaraq hamının yanında neçə gündür ki, qanköçürmə kampaniyasına kütləvi dəstəyə görə Sizə təşəkkürümü bildirirəm”. Elə oradaca Adil Əliyev hələ bir neçə gün hər dəfə yüz nəfərin gəlib qan verməsini təşkil edəcəyini bildirdi. Adil Əliyevlə münasibətlərimiz o qədər korlanmışdı (ədalət naminə deyim ki, burada əməyimiz qarşılıqlı olmuşdu) ki, nə vaxtsa bir-birimizlə salamlaşacağımızı zənn etmirdim. Kimin necə dəyərləndirməsindən asılı olmayaraq bu gün baş verən hər şeyə sevindim. Kaş, bu gün gördüklərim həmişə olaydı. Hesab edirəm ki, bütün vəzifəlilər Adil Əliyevin bu günkü təşəbbüsündən nümunə götürməlidilər. Bu yaşımda bildiyim odur ki, insanların şəxsi keyfiyyətləri çətin günlərdə daha qabarıq görünür. Bir də, biz torpaqlarımız üçün ermənilərlə oturub danışıq aparmağa razıyıq. Onda nə üçün tək torpağımızın yox, xalqımızın həyatda qalması üçün bir-birimizi anlamağa çalışmayaq?! Özü də bu anlayış birinci növbədə hakimiyyətdə olanlar tərəfindən göstərilməlidir. İnanın, buna bu ağır günlərdə çox ehtiyacımız var. Bu gün hamımız dünyada baş verən çətin məqamlarda insanların bir-biri ilə davranışını bizim xalqın davranışı ilə müqayisə edəndə həqiqətən çox yaxşı xalq olduğumuzu görməmək mümkün deyil. Uca Allah xalqımızı qorusun!” – A.İsmayılov qeyd edib.
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
Ən son xəbərləri səhifəmizdən də izləyin