BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bazar yandı - FOTOLAR

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

 

Alovlar qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.

 

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.APA

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2019, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin