BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə iş dərhal dayandırılacaq

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ərazisində arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyəti ləğv edilir.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, artıq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək səlahiyyətinə sahib olacaq.

 

Qoruqda tikinti işlərinin dayandırılması Qaydasına da dəyişiklik edilib. Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.

 

Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən qəbul edilir.

Tarix: 30 Mart 2023, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin