BURADA REKLAMINIZ OLA
BİLƏR

Evə pəncərədən daxil olan ər arvadını bıçaqladı - AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda arvadını bıçaqlamaqda təqsirləndirilən Xalid Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, haidəs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Xalid Həsənov saat 05:30 radələrində arvadı Nərmin Həsənovanın (şərti) kirayə yaşadığı evə gələrək açıq pəncərədən evə daxil olub. O, zərərçəkmiş şəxsin yatdığı yataq otağına daxil olaraq taxtın yanına yaxınlaşıb və qadının ağız hissəsindən əli ilə tutaraq oyadıb. Daha sonra Xalid üzərindəki bıçaqla Nərminin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.

 

Kamal Məmmədov

Tarix: 30 Mart 2023, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin