BURADA REKLAMINIZ OLA
BİLƏR

Həcc ziyarəti zamanı vəfat edənlər cənnətə düşürlər? – İlahiyyatçı aydınlıq gətirdi

Bildiyimiz kimi, Ramazan ayı oruc tutmaqla yanaşı, həm də Həcc ziyarəti baxımından önəmli aydır. Bəziləri Həcc ziyarəti zamanı dünyasını dəyişənlərin hamısının cənnətə düşəcəklərini iddia edirlər.

 

İlahiyyatçı Elşad Miri isə Pravda.az-a açıqlamasında bildirib ki, belə bir qayda yoxdur, uydurmadır.

 

“Belə bir şey yoxdur ki, kim nə vaxt ölsə, cənnətlik, yaxud cəhənnəmlikdir. Bunlar uydurmalardır, heç bir əsası yoxdur. Bu, sadəcə, bəzilərinin ölən insanlarla bağlı ortaya atdıqları ümidverici yanaşmadır. Əsas budur ki, həyatda necə yaşamısan, ona uyğun əvəz, qarşılıq görəcəksən, vəssalam. Ya cənnət kimi mükafat, ya da cəhənnəm kimi cəzalandırma olacaq. Yoxsa “filan gündə öldüyünə görə bütün günahların bağışlanacaq” deyə bir analyış yoxdur”, — E.Miri deyib.

 

Aytəkin Qardaşova

Tarix: 31 Mart 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin