BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu avtomobillərin qiyməti mütləq şəkildə artırılacaq”

"Əlbəttə ki, bu illəri əhatə edən avtomobillərin qiyməti mütləq şəkildə qalxacaq və eyni zamanda alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək”.

 

Kommersant.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarını şərh edərkən iqtisadçı Fuad İbrahimov şərh edərkən bildirib. İqtisadçının sözlərinə görə, bu prosesin həyata keçirlməsində məqsəd də bəllidir:

 

"Qərarın qəbul edilməsində məqsəd eyni zamanda bir çox kompleks tədbirlərin həyata keçirilməsidir. Bu gün köhnə avtomobillərin ətraf mühitə təsiri ciddi səviyyədədir. Eyni zamanda qəzaların da əksər hallarda baş verməsinə səbəb nasaz avtomobillərin müasir dövrün tələblərinə cavab verməməsidir. Lakin burda məqsəd bu olsa da, təbii ki, qərar bazara, qiymətlərə və alıcılıq qabiliyyətinə təsir edəcək. Statistik məlumatlar hazırda Azərbaycandakı avtoparkın 80 faizindən çoxunu yaşı 10 ildən artıq olan avtomobillərin təşkil etdiyini göstərir. Lakin təsəvvür edin ki, bu gün Azərbaycanda istismar olunan avtomobillərin 80 faizinin bundan sonra ölkəyə gətirlməsinə icazə verilməyəcək. Bu o deməkdir ki, vətəndaşlarımızın alıcılıq qabilliyyəti məhz bu ilə qədər istehsal olunmuş avtomobillərin idxalını təmin edə və stimullaşdıra bilir. Camaatın alıcılıq qabiliyyəti bu səviyyəyə çatır. Belə olduğu halda yaşı 10 ildən çox olan avtomobillərin qiyməti mütləq şəkildə artırılacaq”.

 

Qiymət artımına səbəb olacaq digər amildən də danışan iqtisadçı əlavə edib ki, satıcıların artıq bu avtomobillərdən Azərbaycana gətirilməyəcəyini bildiyi üçün maksimum şəkildə baha satmağa çalışacaq:

 

"Eyni zamanda nəzər almaq lazımdır ki, vətəndaşlarımızın da alıcılıq qabilliyyəti bəllidir. Bizdə yerli istehsal da yüksək səviyyədə deyil ki, o qəbildən idxal olunacaq avtomobilləri yerli istehsal olunan ucuz avtomobillərlə əvəz olunsun".

 

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 2023-cü ilin martın 29-da imzaladığı qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (qiyməti yüksək olan retro avtomobillər – red.) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək. Nazirlər Kabineti bu qərarını ekoloji amillərlə əlaqələndirib.

Tarix: 31 Mart 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin