BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürən gənclə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Babazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında Göyçayda qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü İ.Babazadə tanışı, 1968-ci il təvəllüdlü Əli Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla ona xəsarətlər yetirərək öldürüb.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 31 Mart 2023, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin