BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücü piyadanı atasının maşını ilə vurubmuş

Gəncədə piyandanın ölümü ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 01.04.2023-cü il tarixdə, saat 00:10 radələrində 1986-cı il təvəllüdlü İsmayılov Nəsimi Vahid oğlu  atası İsmayılov Vahid Rəşid oğluna məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Gəncə şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 1986-cı il təvəllüdlü İsmayılov Elmir Elman oğlunu avtomobilin vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 3 Aprel 2023, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin