BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il günü qətl törədən şəxs hökmdən narazıdır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Asim Nəcəfovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq aprelin 5-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov 16 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 2021-ci ild dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.

 

İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 3 Aprel 2023, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin