BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalmaqallı yazıçı Afaq Bəşirqızı haqda: “Ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayırlar”?

“Afaq Bəşirqızı deyir ki, vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Novostroykanın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır. Kişi odur ki, özünə arxalansın. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, vətən üçün əsgər doğuram. O şikəst əsgəri neynirəm? Görəsən, bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayır?”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl Xalq Bəşirqızının açıqlamalarına münasibət bildirərkən deyib.

 

“Kimi tərifləyirsən, zayı çıxır. Xalqı, kəndçini tənqid eləmək olar, amma sən əvvəlcə özündə hünər tap, nala-mıxa vurmadan camaatı bu günə qoyanlara sözünü de, sonra kasıb-kusubu qınayarsan...” – K.Böyükçöl qeyd edib.

 

Qeyd: K.Böyükçölün özünün də açıqlamaları müəyyən vaxtlarda qalmaqala səbəb olub.

Tarix: 12 Aprel 2020, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin