BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yatırım” adı ilə dələduzluq sxemi quran şəxdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il “Whatsapp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşların aldanılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciətlər daxil olub.

 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, bir neçə ay əvvəl “Vahid” adlı şəxs tərəfindən “Whatsapp” mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb. Baş İdarə əmədakdaşları tərəfindən keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin