BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qardaşını bıçaqlayan bacının istintaqı yekunlaşdı

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Püstə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə ötən il noyabrın 28-i saat 02:30 radələrində sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

 

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2023, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin