BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatı Səbinə Xasıyeva aztəminatlı ailələrlə görüşdü

Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən sosial aksiya qoşularaq Lökbatan, Puta və Korgöz qəsəbələrində yaşayan 15 aztəminatlı ailələrlə görüşüb və onlara ərzaq sovqatı paylayıb.

Pravda.az-ın xəbərinə görə, görüş zamanı deputat bildirib ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

S.Xasayeva qeyd edib ki, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.

Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Fotoları təqdim edirik
Tarix: 12 Aprel 2020, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin