BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmənin sabiq sədri: “Bilmirəm, Dövlət Ləl-Cəvahirət Fondundakı qızıllar hara yoxa çıxdı...”

“Azərbaycanda 1992-93-cü illərdə Dövlət Ləl-Cəvahirət Fondunun talanması ilə bağlı araşdırılma başladılması yaxşı olar. Əgər belə şey olubsa, hüquqi qiymət verilməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında 1992-93 illərdə Ali Məhkəmənin hakimi olmuş, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Həmin fondun taleyi necə oldu, mən də bilmirəm. İnsanlar fədakarlıq edirdilər, özlərinin qızıllarını dövlətə verirdilər. Çünki hamının Qarabağ dərdi vardı. İnsanların əlinə nə düşürdüsə, dövlətə verirdi. Xatırlayıram, ərəb şeyxlərindən biri çox qiymətli boyunbağı hədiyyə etmişdi. Səhv etmirəm, sayı 1000-i keçən qızıl beşliklər və onluqlar var idi. Həqiqətən də onların sonrakı vəziyyəti qaranlıqdır. Bilmirəm ki, o qızıllar hara yoxa çıxıb. Bu, millətin var-dövləti idi. Ona görə də mütləq araşdırma aparılmalıdır” – deputat qeyd edib.

 

T.Kərimli xarici ölkələrin Bakıdakı nümayəndələrinin Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı iddiaya da münasibət bildirib: “Birini xatırlayıram, türkiyəli müşavir Fərman Dəmirqol Azərbaycanın daxili işlərinə qarışırdı, sonralar onun adı Rövşən Cavadovun məsələsində də hallandı. Doğrudan da, belə hallar var idi. Dövlət yeni yaranmışdı, idarəetmə təcrübəsi yox idi. Özüm məhkəmə hakimiyyətini təmsil etmişəm, bizim işimizə isə kimsə qarışa bilməzdi. Prezident Əbülfəz Elçibəy də bir qədər də mülayim insan idi, ona görə belə hallar baş verirdi”.

 

Kənan HƏSƏNBƏYLİ

Tarix: 28 Noyabr 2019, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin