BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis şöbəsində baldızının kürəkənini döyən şəxsə hökm oxundu

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyaməddin Namazovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 14 fevral 2023-cü il tarixdə, saat 10:30 radələrində Astara Rayon Polis Şöbəsinin inzibati binasında qeydə alınıb.

 

Belə ki, 1983-cü il təvəllüdlü Niyaməddin Namazov Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi Ş.Osmanovun xidməti otağında Astara rayonunun Məçitməhəllə kəndində qeydiyyatda olan və yaşayan baldızının küərəkəni, zərərçəkmiş Məmməd Qafarovun (şərti) üzərinə hücum edib. O, daha sonra aqressiv davranış nümayiş etdirərək polisin iş rejimini təxminən 15 dəqiqə kobud şəkildə pozub.

 

Bundan başqa, Niyaməddin Məmmədə nalayiq küçə söyüşləri ilə uca səslə söyüb. Daha sonra o, zərərçəkmiş şəxsə ardıcıl yumruq zərbələri vuraraq ona zor tətbiq edib.

 

Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2023, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin