BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən gənc sürücüyə cəza verildi

 

Ağdaş Rayon Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Mahir Lətifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə Ağdaş şəhəri M.İsayev küçəsində qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Mahir Lətifov  özünə məxsus idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman piyada, 1971-ci il təvəllüdlü Namiq Vahidovu (şərti) vuraraq öldürüb.

 

Daha sonra Mahir cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2023, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin