BURADA REKLAMINIZ OLA
BİLƏR

“Minera” Şirkətlər Qrupu cərimələndi

“Minera” MMC 6 500 manat məbləğində cərimə edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.

 

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Minera MMC” 1996-cı ildə “İlandağ-SA” adi ilə Rzayev Xudu Əhət oğlu tərəfindən təsis edilib, sonradan fəaliyyət sahələrinin genişləndirilməsi nəticəsində "Minera Şirkətlər Qrupu" adı altında fəaliyyət göstərməyə başlayıb. Şirkətlər Qrupuna təmir-tikinti, istehsal, satış, təhsil sahəsinə aid olan bir çox müəssisələr daxildir.

Tarix: 28 Noyabr 2019, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin