BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücünü bıçaqla hədələyən şəxsdən xəbər var

Bakıda quldurluqda təqsirləndirilən Elvin Tağıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı məlum deyil.

 

Qeyd: Ötən il dekabrın 6-da saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 30 manatını talaması barədə polisə məlumat daxil olub.

 

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elvin Tağıyev müəyyən olunaraq saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 5 Aprel 2023, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin