BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışı və həmyerlilərinə qarşı dələduzluq edən şəxsə elektron qolbaq taxıldı

Astara Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il, 4 ay, 10 gün müddətinə azadlığın mədudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

 

 

İttihama görə, Şahin Qarayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı və həmyerlilərinin etibarından sui-istifadə edib.

 

Belə ki, o, zərərçəkmişlərə məxsus naringi meyvələrini satıb pulunu gətirəcəyi adı ilə aldadıb və onlara müyyən miqdarda maddi ziyan vuraraq dələduzluq edib.

 

Kamal Məmmədov

Tarix: 5 Aprel 2023, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin