BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi: “Ölkədə ayrı-ayrı sahələrdə monopoliya mövcuddur”

“Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur”.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, hələ də ayrı-ayrı iş adamdarı dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir: “Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqtisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalanqdırılacaq. Şəffaflaşqdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir”.

Tarix: 30 Oktyabr 2019, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin