BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimova qarşı təxribat - FOTO

““Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb. “Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını da almaq qeyri-mümkündür”.

 

Pravda.az-ın xəbərinə görə, bu, “Palmali” şirkətlər qrupunun yaydığı məlumatda qeyd olunub.

 

Bildirilib ki, ötən gün axşam saatlarında, saxta səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb.

 

“Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur. Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü bir cinayət əməlidir. Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: “Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”” – məlumatda qeyd olunub.

Fotoları təqdim edirik
Tarix: 28 Noyabr 2019, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin