BURADA REKLAMINIZ OLA
BİLƏR

Teymur Rəcəbov məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.

 

Pravda.az-ın xəbərinə görə, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6.

 

Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb. 

 

Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır.Report

Tarix: 12 Aprel 2020, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin