BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə qadına bıçaqla xəsarət yetirən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində qadına qarşı quldurluq etməkdə və bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

 

2022-ci il noyabrın 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən E.Qarayev barəsində Cinayət Məcəlləsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 6 Aprel 2023, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin