BURADA REKLAMINIZ OLA
BİLƏR

Təranə Səmədovanın məhkəməsi bu tarixdə başlayacaq

Tanınmış prodüser Təranə Səmədova və tanışı Rasim Həsəmovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses aprelin 18-nə təyin edilib.

 

Cinayət işi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

 

Onlar hədə-qorxu ilə tələb etmədə təqsirləndirilirlər.

 

Qeyd: T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 6 Aprel 2023, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin