BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polkovnikin adı hallanan qəza ilə bağlı iş məhkəməyə göndərildi

Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən “Range Rover” sürücüsü Beytulla Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Əhməd Quliyev icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlim açıqlanmayıb.

 

Xatırlatma: Ötən il oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə KİA markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. 

 

Hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə KİA-da olan 2 gənc dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.

 

Mətbuatda yayılmış məlumata görə, qəza törədən şəxsin Fövqəladə Hallar Nazirliyinin polkovniki olduğunu iddia edilib: "Qəza olan zaman polislər "Range Rover"in dövlət nömrə nişanlarını söküblər və ərazidə nə qədər mağaza, obyekt var gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir. "Range Rover"in üzərində 10-DF-090 dövlət nişanı olub, bu da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir. Polkovnikin adına 90-ND-700 nömrəli “MINI COOPER”, 10-GV-700 nömrəli “LEXUS LX570”, 10-BS-700 nömrəli “BMW 740LI”, 10-DF-090 nömrəli “RANGE ROVER”, 10-HA-700 nömrəli “PORSCHE PANAMERA”, 90-HD-700 nömrəli “KIA OPTIMA” markalı avtomobillər var”.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin