BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğlu da həbs edilmiş şirkət rəhbəri kassasiya şikayəti verdi

Bakıda dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun barələrindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

 

T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarıldığı və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

T.Namazov isə bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb.

 

Xatırlatma: T.Namazovun oğlu Emin Namazov da saxlanılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin