BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını amansızlıqla öldürən şəxlə bağlı xəbər var

 

Şirvan şəhəri ərazisində qətl törətməkdə təqsirləndirilən Xəyyam Mirzəyevin barəsindəki barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasını çıxarılmasını istəyir.

 

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Mirzəyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə onun şikayətini təmin etməyib.

 

Qeyd: 2021-ci il iyun ayının 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü X.Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı F.Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Daha sonra X.Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2023, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin