BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclər Naqif Həmzəyevin başlatdığı sosial aksiyanı maraqla qarşıladılar

Milli Məclisin deputatı Naqif Həmzəyevin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş karantin rejimini nəzərə alaraq, başlatdığı ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiya gənclər tərəfindən maraqla qarşılanıb.

Pravda.az-ın xəbərinə görə, qısa zaman ərzində gənclər deputatın rəsmi facebook səhifəsində onlara ünvanladığı müraciətinə cavab olaraq oxuduqları 5 kitabın hər biri barədə 1 dəqiqəlik video çəkib [email protected] ünvana göndəriblər. Beləliklə, sosial aksiyaya qoşulan gənclər bir kitab hədiyyə qazanıblar.

Aldıqları hədiyyədən məmnun olan mütaliə həvəskarları öz facebook səhifələrində deputata dərin təşəkkürlərini bildirib, onu “gənclərin dostu” adlandırıblar.

Qeyd edək ki, ”5 kitab danış, 1 kitab qazan” adlı aksiyanın məqsədi koronavirus (COVİD-19) infeksiyası ilə bağlı sosial izoliyasiyada gənclərin zamandan səmərəli istifadəsinə yardım olmaqdır.

Fotoları təqdim edirik
Tarix: 13 Aprel 2020, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin