BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğul onu aptekə göndərmək istəyən atasını bıçaqladı - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən Hidayət Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 21 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Şəmkir şəhəri, M.Müşfiq küçəsindəki evlərin birində qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Hidayət Əsədova atası, zərərçəkmiş Valeh Əsədov ona dərman almaq üçün aptekə getməsini istəyib. Lakin o, imtina edib. Ata da oğluna sərt şəkildə acıqlanıb. Bu səbəbdən Hidayət əsəbiləşərək bıçaqla atasının kürək nahiyəsinə qəsdən iki dəfə zərbə vurub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Hidayət Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin