BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənc oğlan evinin qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 9-u saat 21 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, 1999-cu il təvəllüdlü Seyidov Mirtofiq Mirsabahəddin oğlu yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən bir bıçaq xəsarəti alıb.

 

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq)madddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin