BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 6 aylıq uşağını boğaraq öldürən şəxsdən xəbər var

Bakıda övladını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Güloğlan Nağıyevin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 12-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Nağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

G.Nağıyev 6 aylıq övladını yastıqla boğaraq öldürüb.

 

Məlumata görə, G.Nağıyev uşağın ağlamağına əsəbləşərək onu yastıqla boğub.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2023, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin