BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisi bıçaqlayan şəxs Ali Məhkəməyə müraciət etdi

Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 12-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il iyulun 30-da Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Yaqubov Cəbrayıl rayon sakini olan tanışı, polis serjantı Qurban Qurbanovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirib.

 

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

S.Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin