BURADA REKLAMINIZ OLA
BİLƏR

Fədayə Laçın ölüb? - AÇIQLAMA

Müğənni Fədayə Laçın həbsxanada olarkən, sosial şəbəkədə barəsində yayılan ən üzücü xəbərdən danışıb.

 

Pravda.az-ın xəbərinə görə, Fədayə ölüm xəbərinin yayıldığını və buna görə məyus olduğunu bildirib:

 

“Həbsxanada telefonum yox idi, xəbərləri ancaq bacılarımdan, bir də cəza çəkən qadınların yanına gələn yaxınlarından eşidirdim. Məni ən çox üzən xəbər bu oldu ki, ölüm xəbərimi yazmışdılar. Həbsxanaya düşəndən az müddət sonra xəbər yayıldı ki, ürək çatışmazlığından dünyamı dəyişmişəm. Bu xəbəri yayanlar analarına hörmət qoymayan insanlardır. Onlar öz analarını düşünsəydilər, mənim anamı, ailəmi də düşünərdilər ki, bu xəbər onlara necə təsir edə bilər. O xəbəri yazan insana demək istəyirəm ki, ürəyimdə heç bir çatışmazlıq yoxdur, bir insana, bir ürəyə nə lazımdırsa, hamısı mənim ürəyimdə var”.Yenicag

Tarix: 13 Aprel 2020, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin