BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə insanların sağlam yaşaması üçün “Blue zone” tətbiq olunacaq

Füzuli şəhərində insanların sağlam və uzunömürlü yaşaması üçün “Blue zone” yanaşması tətbiq olunacaq, yaşıl ərazilər və rekreasiya zonaları yaradılacaq.

 

Bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

 

Onun sözlərinə görə, “Blue Zone” insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib:

 

“Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib”./APA

Tarix: 12 Aprel 2023, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin