BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Milli Məclisi buraxıldı – SENSASİON QƏRAR

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında Milli Məclislə bağlı mühüm qərar qəbul edilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar verib.

 

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

 

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

 

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.Qafqazinfo

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, növbəti parlament seçkiləri 2020-ci ilin yanvar ayında elan edilməsi, mart ayına isə təyin edilməsi gözlənilir.

Tarix: 28 Noyabr 2019, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin