BURADA REKLAMINIZ OLA
BİLƏR

Tənzilə Rüstəmxanlı Afaq Bəşirqızının müdafiəsinə qalxdı: “İçimiz nə qədər çirkabla doludur?”

“Yanlış anlaşılma olanda hər kəsi qınayırlar. Çox zaman oxuyub-araşdırmadan, diqqətlə qulaq asmadan müsahibin hansısa sözünü özlərinə sərf edən şəkildə təqdim edirlər. Başqa mənada deyilmiş sözü həmin adamın əleyhinə çevirirərək onu söyüş atəşinə tuturlar. Neçə vaxtdır sosial şəbəkələrə baxıram və çox təəssüflənirəm. İçimiz nə qədər çirkabla doludur? Ancaq bir bəhanə axtarırlar ki, bu millətin sənətçisinə, ziyalısına çirkab bulaşdırsınlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

 

O bildirib ki, Afaq Bəşirqızı heç vaxt kəndli-şəhərli ayırımı edən biri deyil: “Afaq xanımın dediklərinə qulaq asdım və özü ilə telefonla danışdım. Afaq xanım insanları qətiyyən kəndli, şəhərli kateqoriyasına ayırmır. Onun belə fikri ola bilməz. Çünki Afaq Bəşirqızını uzun illərdir, tanıyıram, ona hörmət edirəm. Onun ağlının ucundan belə keçməz ki, kəndliləri aşağılasın. Ortada yanlış anlaşılma var. Kimə necə sərf edibsə, elə də yayıb. Bu necə əxlaqdır, hansı mühitdə yaşayırıq biz? Feysbukdakı səhifələrdə oxuyuram, qadınlar belə o qədər təhqiredici fikirlər səsləndirirlər ki. Çox təəssüf. Bu dəqiqə dünya silkələnib dağılır. Elə bil, işləri- gücləri yoxdur, anaq biri-birilərini yox etmək, təhqirlər yağdırmaqla məşğuldurlar. Bəhanə axtarırlar ki, kimisə həqarətlərlə aşağılasınlar. Afaq xanıma qarşı səslənən mənfi fikirləri tamamilə yanlış hesab edirəm. Bu söz-söhbətləri yığışdırsalar, yaxşı olar. Afaq xanıma qarşı bu kampaniyanın əleyhinəyəm. Ayıbdır. Belə müzakirələrə son vermək lazımdır”.Sherg.az

Tarix: 14 Aprel 2020, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin