BURADA REKLAMINIZ OLA
BİLƏR

Üç uşaq anasını öldürən şəxs məhkəmə qarşısında

Kürdəmirdə arvadını öldürməkdə təqsirləndirilən Pərviz Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

 

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Kənd sakinlərinin məlumatına görə, cütlük 6 il evli olub, 3 uşaqları var. Onların övladları - iki qız və bir oğlan hadisə baş verən vaxt dərsdə olublar.

 

Kamal Məmmədov

Tarix: 20 Aprel 2023, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin